Oct 26, 2016

اووسون

دکتور حميد نيطقى - آيتان

منی اووسونلاديلار،
ديليمی باغلاديلار.
قاچديمسا يئتيشديلر،
نه اکديمسه بيچديلر.
امک منيم، بار.اونون
يادلار منيم، يار اونون.
اوتانديم اؤز-اؤزومدن،
سازيمدان و سؤزومدن
آيريلالی، اصليمدن،
اؤکسوز
و کؤکسوز قالديم.
اؤز قاناديملا اوچان،
آتلانيب داغلار آشان
من،
يئرلرده سوروندوم،
قارانليغا بوروندوم،
باتاقليقلارا گؤمولدوم،
ياشاياممادان، اؤلدوم.
منی اووسونلاديلار
ديليمی باغلاديلار.
آچيلماز ايسه ديليم
کيم بيله جک من کيميم؟
١٩٧٣) تھران، ١٣۵١)


Doktor Həmid Nitqi (Aytan):
OVSUN
Məni ovsunladılar,
Dilimi bağladılar.
Qaçdımsa yetişdilər,
Nə əkdimsə biçdilər.
Əmək mənim, bar,onun
Yadlar mənim, yar onun.
Utandım öz-özümdən,
Sazımdan və sözümdən
Ayrılalı, əslimdən,
Öksüz
Və köksüz qaldım.
Öz qanadımla uçan,
Atlanıb dağlar aşan
Mən,
Yerlərdə süründüm,
Qaranlığa büründüm,
Bataqlıqlara gömüldüm,
Yaşayammadan; öldüm.
Məni ovsunladılar
Dilimi bağladılar.
Açılmaz isə dilim
Kim biləcək mən kimim?
Tehran, 1351 (1973)
 

No comments: