Nov 27, 2016

DƏDƏ QORQUD DƏSTANLARI HAQQINDA

M. Ə. Fərzanə  (Qovsi)

Folklorumuzun gözəl incisi və ölməz şahəsəri olan Dədə Qorqud dəstanları barədə bu son illərdə başlamış yeni baxışlar və araşdırmalar, iki min ilin başlanışında da dəvam edəcək və bəlkə də bu xüsusda yeni görüşlər və yekunlaşdırmalar ortaya çıxacaqdır. Dağın  vəhşi lalələrini göz önündə canlandıran bu dəstanlar, öz doğma uslubu, canlı təsvirləri parlaq günəş kimi mədəniyyət tariximizə ışıq saçmış, öz büllurluğunu qorumuş və keçmişin saf güzgüsü kimi bizə gəlib çatmışdır.

دده‌ قورقود دستانلارى حاقيندا

محمد على فرزانه (قوسى)


فولکلوروموزون‌ گؤزل‌ اينجيسى و اؤلمز شاه‌ اثرى اولان‌ دده قورقود داستانلارى باره‌ده‌ بو سون‌ ايللرده‌ باشلاميش‌ يئنى باخيشلار وآراشديرمالار، ايکى مين‌ ايلين‌ باشلانيشيندا دا دوام‌ ائده‌جک‌ و بلکه‌ ده‌ بوخوصوصدا يئنى گؤروشلر و يئکونلاشديرمالار اورتايا چيخاجاقدير. داغين ‌وحشى لاله‌لرينى گؤز اؤنونده‌ جانلانديران‌ بو دستانلار، اؤز دوغما اوسلوبو، جانلى تصويرلرى پارلاق‌ گونش‌ کيمى مدنيت‌ تاريخيميزه‌ ايشيق ساچميش‌، اؤز بولورلوغونو قوروموش‌ و کئچميشين‌ صاف‌ گوزگوسو کيمى بيزه‌ گليب‌ چاتميشدير.