M. Ə. Fərzanə
(Qovsi)
Folklorumuzun gözəl incisi və ölməz şahəsəri olan Dədə Qorqud
dəstanları barədə bu son illərdə başlamış yeni baxışlar və araşdırmalar, iki
min ilin başlanışında da dəvam edəcək və bəlkə də bu xüsusda yeni görüşlər və
yekunlaşdırmalar ortaya çıxacaqdır. Dağın
vəhşi lalələrini göz önündə canlandıran bu dəstanlar, öz doğma uslubu,
canlı təsvirləri parlaq günəş kimi mədəniyyət tariximizə ışıq saçmış, öz
büllurluğunu qorumuş və keçmişin saf güzgüsü kimi bizə gəlib çatmışdır.