Jan 31, 2013

ايکى شعر

دونیا آنادیلی گونو
عیمران صلاحی
آینا کیمی، عادت
İMRAN SƏLAHİ
İKİ ŞEİR: AYNA KİMİ, ADƏT
آينا کيمى

پارچالانديق سينماديق‎ ‎


داش آتانلار‎ ‎بيلمه‌ديلر‎
پارچالانميش آينادا‎
بير آيدان مين آى چيخار‎
بير گونشدن‎ ‎مين گونش‎
بير اولدوزدان مين اولدوز‎ ‎

پارچالانديق آينا كيمى‎ -
چوخالاريق، چوخالداريق ايشيغى!‏
‏1364- تهران


عادت

گوندوز گونه عادتى وار، گئجه اولدوزلارا، آيا
بوداقلار باهارا
مئيوه لر يايا
گميلر دنيزه، باليقلار چايا
پنجره لر آچيلماغا، بير آز تازا هاوايا
آچيق يئلكن عادتى وار يئللره
آراز دلى سئللره
آينا گؤزلليگه، داراق تئللره
غريب آدام عادتى وار وطنه
داغلار دومانا، چنه
آيريليق گونلرى منه
من سنه!‏

Ayna kimi

Parçalandıq sınmadıq

Daş atanlar bilmədilər
Parçalanmış aynada
Bir aydan min ay çıxar
Bir günəşdən min günəş
Bir ulduzdan min ulduz

Parçalandıq ayna kimi –‎
Çoxalarıq, çoxaldarıq işığı!‎
Tehran – 1364‎


Adət

Gündüz günə adəti var, gecə ulduzlara, aya
Budaqlar bahara
Meyvələr yaya
Gəmilər dənizə, balıqlar çaya
Pəncərələr açılmağa, bir az taza havaya
Açıq yelkən adəti var yellərə
Araz dəli sellərə
Ayna gözəlliyə, daraq tellərə
Qərib adam adəti var vətənə
Dağlar dumana, çənə
Ayrılıq günləri mənə
Mən sənə!‎

No comments: