Məhəmmədəli Hüseyni
Ümidin kəsmə, Möcüz, yaz anan təlim edən dildə,
Gəzər bir ərməğan tək dəftərin bil Çinü Tatari!
Mirzə Əli Möcüz
Türk dili ailəsinin Oğuz qrupuna aid olan ana dilimizin “Azərbaycan
dili” adlandırılması o qədər də
uzun bir tarixə malik deyil. Bu ad XIX əsrin sonlarında, Şimali Azərbaycanda ortaya çıxmışdır. Əsrlər boyu Azərbaycan xalqının dili – müstəsna olaraq bəzi dövrləri nəzərə almasaq – ümumiyyətlə, türk dili adı ilə tanınmışdır. Müxtəlif millətlər tərəfindən müxtəlif ölkələrdə danışılan türk dilləri öz mənsub olduğu ölkə və xalqın adı ilə adlandırılmışdır. Söz yox ki, bu adlar hər zaman sabit qalmayaraq bəzi hallarda dəyişdirilmişdir. Dilimizin adları ilə bağlı yuxarıda qeyd edilən müstəsna məqamlardan birini biz böyük türkoloq Turxan Gənceyinin elmi araşdırmalarından öyrənirik. O, yazır:

No comments:
Post a Comment