Jul 19, 2013

میرزه جبار عسگرزاده باغچه‌بان

گؤرکملى آذربایجان پداقوقى ‏
میرزه جبار عسگرزاده باغچه‌بان
و آنا ديليميزده ياراتديغى بديعى اثرلردن اؤرنک‌لر


‏«باغچه‌بان» لقبی ایله تانینمیش اولان میرزه جبار عسگرزاده آذربایجانين، بوتون قافقاز و ایرانين بؤيوک هومانيست، آدليم پداقوق ‏و ايجتيماع خاديم‌لريندن بيری دير. او اؤز مدنى فعاليتينى قافقازدا، سياسى- ساتيريک درگى‌لرين موخبيرى و يازيچيسى کيمى ‏باشلاييبدير. عؤمرو بويو اوشاق‌لارين حقلرى اوچون، خوصوصيله «ديلسيزلر و ساغيرلارين» (لال‌لار و کارلارين) تعليم- تربيه‌سى ‏اوغروندا چاليشب و موباريزه ائديبدير. جبار باغچه‌بان، تبريزشهرينده، ايرانين بيرينجی «ديلسيزلر و ساغيرلار» مکتبينی قوروب و ‏ايلک اوشاق باغچاسينی آچيبدير. (پ.د.اف. بورادان یئندیرین)‏

GÖRKƏMLİ AZƏRBAYCAN PEDAQOQİ ‎
MİRZƏ CABBAR ƏSGƏRZADƏ BAĞÇABAN
VƏ ANA DİLİMİZDƏ YARATDIĞI BƏDİİ ƏSƏRLƏRDƏN ÖRNƏKLƏR


‎«Bağçaban» ləqəbi ilə tanınmış olan Mirzə Cabbar Əsgərzadə Azərbaycanın, bütün Qafqazın və İranın böyük ‎humanist, adlım pedaqoq və ictima xadimlərindən biri dir. O öz mədəni fəaliyyətini Qafqazda, siyası- satirik ‎dərgilərin müxbiri və yazıçısı kimi başlayıbdır. Ömrü boyu uşaqların haqları üçün, xüsusilə «dilsizlər və ‎sağırların» (lallar və karlar) təlim- tərbiyəsi uğrunda çalışb və mübarizə edibdir. Cabbar Bağçaban, Təbriz ‎şəhərində, İranın birinci «dilsizlər və sağırlar» məktəbini qurub və ilk uşaq bağçasını açıbdır. (PDF. Buradan yendirin)‎

No comments: