Azərbaycan Milli Hökumətinin il dönümü
İMRAN SƏLAHİ (1947-2006)
Ağbığ qəhrəman,
Fədayi
Atamin atasi ağbığ qəhraman
Kəhər atı minərdi
Yer atının səsindən yuxudan diksinərdi
Atına günün torbasından verərədi saman
Atamin atasi ağbığ qəhraman
(Yazı və səs)
Ağbığ qəhrəman
Atamin atasi ağbığ qəhraman
Kəhər atı minərdi
Yer atının səsindən yuxudan diksinərdi
Atına günün torbasından verərədi saman
Atamin atasi ağbığ qəhraman
Bığları ağ, qaşı ağ səhər kimin başı ağ
Atı qalxıb buludlara dəyərdi
Ona uca Savalan uzaqdan baş əyərdi
Səsi dağlar başından Araz kimi axardi
Atının dəmir nali daşa ulduz taxardi
Koroğlunun kölgəsi durub ona baxardi
Ayağda durardi
Dörd bir yandan yel, duman qalxanda öz yerindən
Atamin atasi ağbığ qəhraman
Papağını silkəndə
Yağiş kimi ondan güllə yağardi
Papağından arvadi süt kimi yerə güllə sağardi
Hər namərdin gülləsi
Ona tərəf gələndə
Başın salıb aşaği tez yolunu əyərdi
Qorxub durardi zaman
Dağda haray çəkəndə
Atamin atasi ağbığ qəhraman
İndi də ki var qəhramanın adi
At gəzdirər muğanda
İndi də ki var hər yağış yağanda
Qəhramanın gülləsindən danışar
İndi də ki var ceyranın ürəyi çırpınar
Qəhrəmanın adını yel gətirəndə
Adı mahnılar kimi gizlənibdir aşıqların sazında
Meşə həmən, dərə həmən, dağ həmən
Göstər görüm hardadır
Atamin atasi ağbığ qəhraman
Fədayi
Onlar gələndə mən dünyayə gəlməmişdim
Mən dünyaya gələndə onlar getmişdilər
Mən onlardan bir zad bilmirəm
Onlardan həm yaxşi, həm pis yazıplar
Onlar düz yol gediblər ya azıblar
Bilmirəm
Amma bunu bilirəm
O zaman fədayilər varımış
Kimlərdənimişlər
Diyəcəksən kəttidən küttüdən
Qurban olum kəttilərin əlinə
Qurban olum kəttilərin dilinə
Əlləri birmiş, dilləri birmiş
Onlar gediblər amma mən görürəm
Yağış yağır
Bir qoca əkinçi durub dumanda
Qabarlı əlində bir yer
Gövərib tüfəng olacaq
Eşidin
Ağbığ qəhrəman,
Fədayi
Atamin atasi ağbığ qəhraman
Kəhər atı minərdi
Yer atının səsindən yuxudan diksinərdi
Atına günün torbasından verərədi saman
Atamin atasi ağbığ qəhraman
(Yazı və səs)
Ağbığ qəhrəman
Atamin atasi ağbığ qəhraman
Kəhər atı minərdi
Yer atının səsindən yuxudan diksinərdi
Atına günün torbasından verərədi saman
Atamin atasi ağbığ qəhraman
Bığları ağ, qaşı ağ səhər kimin başı ağ
Atı qalxıb buludlara dəyərdi
Ona uca Savalan uzaqdan baş əyərdi
Səsi dağlar başından Araz kimi axardi
Atının dəmir nali daşa ulduz taxardi
Koroğlunun kölgəsi durub ona baxardi
Ayağda durardi
Dörd bir yandan yel, duman qalxanda öz yerindən
Atamin atasi ağbığ qəhraman
Papağını silkəndə
Yağiş kimi ondan güllə yağardi
Papağından arvadi süt kimi yerə güllə sağardi
Hər namərdin gülləsi
Ona tərəf gələndə
Başın salıb aşaği tez yolunu əyərdi
Qorxub durardi zaman
Dağda haray çəkəndə
Atamin atasi ağbığ qəhraman
İndi də ki var qəhramanın adi
At gəzdirər muğanda
İndi də ki var hər yağış yağanda
Qəhramanın gülləsindən danışar
İndi də ki var ceyranın ürəyi çırpınar
Qəhrəmanın adını yel gətirəndə
Adı mahnılar kimi gizlənibdir aşıqların sazında
Meşə həmən, dərə həmən, dağ həmən
Göstər görüm hardadır
Atamin atasi ağbığ qəhraman
Fədayi
Onlar gələndə mən dünyayə gəlməmişdim
Mən dünyaya gələndə onlar getmişdilər
Mən onlardan bir zad bilmirəm
Onlardan həm yaxşi, həm pis yazıplar
Onlar düz yol gediblər ya azıblar
Bilmirəm
Amma bunu bilirəm
O zaman fədayilər varımış
Kimlərdənimişlər
Diyəcəksən kəttidən küttüdən
Qurban olum kəttilərin əlinə
Qurban olum kəttilərin dilinə
Əlləri birmiş, dilləri birmiş
Onlar gediblər amma mən görürəm
Yağış yağır
Bir qoca əkinçi durub dumanda
Qabarlı əlində bir yer
Gövərib tüfəng olacaq
Eşidin
No comments:
Post a Comment