Qaynaq |
حمیدزاده – شاهدوست (خاطیرهلر – 2)
AZAD
XATİRƏLƏR - 2
Həmidzadə soy adını Şahdust eləmədən İranda inqilab oldu. Həmidzadənin yaltaqlıq etmək istədiyi şah İrandan qaçdı. Şah yerinə bir sürü molla oturdu.
Mədrəsədə müəllim olan iş yoldaşım, şöhrəti Həmidzadə ikən dəyişdirib, Şahdust eləmək istəyirdi. Ondan adının dəyişdirmək istəyinin nədənini soruşanlara, Həmidzadə sözü ərəbcədir, deyirdi. Ancaq ad dəyişdirməsinin gerçək nədəni İran rejiminə yaltaqlıq etmək idi. Əlindən gəlsəydi adını da Şahzadə qoyardı. Belə bir adı düşünsə də dilə gətirmirdi.
Həmidzadə soy adını Şahdust eləmədən İranda inqilab oldu. Həmidzadənin yaltaqlıq etmək istədiyi şah İrandan qaçdı. Şah yerinə bir sürü molla oturdu. İnqilab olub rejimin dəyişməsindən sonra, muradına yetişməyən Həmidzadə isə bığları qırxılmış pişik kimi öncə yerişini itirdi. Bir zaman dalda-bucaqda yeni rejimə yaman-yoğuz yağdırırdı. Ancaq sonra tez özünə gəlib mollalara yaltaqlıq etməyə başladı. Qalın saqqal qoydu. Öncə qorxa-qorxa, yavaş-yavaş sonra isə sıx-sıx məscidə getdi.
Bir gün Həmidzadəyə: A dost, soy adını dəyişdirib Şahdust qoymadığın yaxşı oldu, dedim. Hirsindən gözləri təpəsinə çıxdı. Bax, səninlə duz-çörək yediyim üçün bu yol bu dadsız sözünü bağışlıram, ancaq bundan sonra dilini ağzında yaxşı saxla, bir daha belə sözlər eşitməyim, deyib çıxıb getdi... O gündən sonra da Həmidzadəylə mənim gəl-gedim kəsildi.
Həmidzadə, Şahdust olub pullanmaqdan umudu suya düşsə də indi artıq molladust olub pullu olmağın yolunu tapmışdı. Tanınmış Cümə İmamlarının biriylə çəkdiyi şəkili qoltuq cibinə yerləşdirərək işinə gəldiyi gün çıxarıb, çətinlik törədənləri qorxudub öz işini görürdü.
O illərdə, İranın başqa yerlərində olduğu kimi bizim yaşadığımız yerdə simintlə dəmir qiyməti qızıl bahasına çatmışdı. Həmidzadə də yarı gizlin, yarı açıq simint-dəmir qaçaqçılığı edirdi. O yoldan bərk varlı olmuşdu.
Simint-demir qaçaqçılığı yaxşı gedirdi. Bir gün, o şəhərə yük maşınıyla gizlicə qaçaq simintlə qaçaq dəmir gətirəndə yolda pasdarlar maşını saxlayıb yoxlamağa başlayanda simintlə dəmir görərlər, Həmidzadəni tanımadıqları üçün ondan izin kağızı istərlər. İzin kağızı olmayınca da onu qaçaqçılıq etdiyi üçün tutarlar. Ancaq, Həmidzadə göz üstündən qaş oynatmadan qoltuq cibindən bütün pasdarların tanıyıb baş əydiyi o mübarək, cümə imamının şəklini çıxarıb pasdarlara göstərincə pasdarlar ondan üzür diləyib qaçaq malını şəhərə aparmağına izin verərlər.
Həmidzadə bir yandan müəllimlik aylığı alır, bir yandan dəmir tacirliyindən pul çıxardıb bir yandan da siyasətə qatıldıqı üçün bol-bol pul qazanırdı. Qaçaqçılıq yoluyla pul çıxarmasına qarşı çıxan gəncləri zindanlara atdırırdı. Onun bu işlərinə qarşı çıxan neçə-neçə müəllimi də zindanlara atdırdı.
Həmidzadənin məqamı getdikcə artırdı. Məqamı artdıqca da saqqalı da uzanırdı. İşi bərkə düşəndə də qoltuq cibindən o şəkli çıxarıb göstərərək çətinlikdən qurtulurdu. Onun bu pis işlərinə qarşı çıxanlara da qan uddurudu. Evlərini yıxmayınca əl çəkmirdi. Onun keçmiş illərdəki məktəb əməkdaşları da artıq qorxudan onun gözünə görünməməyə çalışırdılar. Birdən-birə qarşılarına çıxanda da atalar demişkən: "gördün mü lotu, salam ver otu" sayağı yanında qorxudan oturmasalar da tez salam verib yeyin-yeyin ondan uzaqlaşırdılar.
Çox keçmədi. Həmidzadə qoltuq cibindəki o şəklin yardımıyla daha yüksək məqama çatdı. Tehrana göndərildi. Tehrandan şəhərimizə gələndə vəzir kimi qarşılanırdı.
Qoltuq cibindəki şəkilə sığınıb bir insanın haqqını yeyən, balalarını zindanlara atdırmaqla, insanlara qan udduran Həmidzadə kimi yaltaqlıqla böyük məqamlara çatanlar hələdə devran sürürlər. Öz nəfləri üçün ciblərində şəkil gəzdirənləri görəndə bu xatirə yadıma düşər çimçişirəm.

No comments:
Post a Comment