AZAD
Gənclik illərimdən bir çox xatirəm var. Bu xatirələr yadıma düşəndə rəngi qaçmış köhnə filmlər kimi gözümün qabağından ötüb keçərlər. Ancaq, yadıma düşən xatirələrdən kimisi, elə bil dünən baş vermiş bir hadisə kimi, çox güclü olaraq məni, gənclik illərimə aparırlar. Bu xatirələrdən üçünü belə yazıları oxumağı sevənlər üçün burada yazıram.
(1)
Qoçu Ələsgər
Bu, bizim məhəllənin lotusu olan Qoçu Ələsgərin xatirəmidir.
Qoçu Ələsgər başlanğıcda kasıb fəhlənin biriydi. Adı da yalnız Ələsgər idi.
O yekəpər bir kişiydi. Yekəpər olduğundan da bəxt ona yar oldu. Bir-iki yazıq kişiyə kötək vurmaqla ad çıxartdı. Yekəpər fəhlə olan Ələsgərə, adam döyən olduğu üçün, xalqı incitdiyi üçün get-gedə Qoçu Ələsgər adı verildi. Qoçu Ələsgər yan-yörəsinə 10-15 gədə-güdə yığmaqla nüfuz sahibi oldu. Xalqdan zorla pul alıb jandarmlarla, gedə-güdələrlə paylaşıb, beləliklə artıq şəhərə xanlıq edirdi.
Yoldaşlarımla onu görən kimi qorxudan ədəblə salam verib yanından keçib gedərdik. Hərdən o, bizlərə məhəbbət göstərib:
Qardaş balaları dərslərinizi yaxşı oxuyun, deyərdi.
Bizlər də, baş üstə, deyib sovuşub uzaqlaşardıq. Hərdən də bizə:
Baxın, müəllimlər sizi incitsələr deyin gəlim qarınlarını söküm, deyərdi.
Bizlər də, yox Ələsgər ağa, kimsə bizi incitmir, deyərdik.
Bir gün yoldaşlar arasında belə bir şayiə yayıldı: Qoçu Ələsgər Tehranda İranın ən gözəl artisti ilə qol-boyun şəkil çəkib. Yalnız yoldaşlarımız arasında deyil, şəhərin məmə yeyənlərindən tutmuş pəpə yeyənlərinəcən bu böyük xəbərdən danışırdı.
Mən də o artistə ürəkdən aşiq idim. Gücüm çatsaydı Ələsgərin boynunu sındırardım. Ancaq, mən yalnız 14 yaşında cürünün birisiydim. Mənim kimi 14 yaşında arıq biri o hündür lotu Ələsgərə nə edə bilərdi? Ona gücümün çatmayacağını bildiyim üçün allaha yalvarıb Ələsgərin boyunun sınmasını diləyirdim.
Bu arada yoldaşlarımdan bir çoxu da o artistə aşiq olduqlarını öyrəndim. Ancaq üzülməkdən başqa əlimdən nə gələrdi?
Nə isə, bir gün, məktəb yoldaşlarımızla birlikdə bu xəbərin doğru olub olmadığını Ələsgərdən soruşmağa qərar verdik. Ona yaxınlaşıb, salam verib, cürət edib:
Ələsgər ağa sizdən bir xahişimiz var. Deyə bilərikmi? dedik.
A mənim balaca qardaşlarım, siz məndən gözlərimi istəyin, dedi.
Ələsgər ağa, eşitdiyimizə görə, siz o gözəl artistlə bir şəkil çəkibsiniz. Bu söz düzdürmü? Düzdürsə o çəkdiyiniz şəkili bizə də göstərmək istərsinizmi?
Baxın balaca qardaşlarım, mən kimsəyə şəkil-məkil göstərməm ancaq siz məhəlləmin uşaqları olduğunuz üçün buyurun göstərim. Bir daşın üstündə oturub qoltuq cibindən pul kifini çıxardıb kifin içindən sevdiyim o artistlə çəkdiyi fotoşəkili hamımıza göstərdi. Gözünüz yamanlıq görməsin, mələk kimi gözləri xumar artistin şəklini görən kimi elə bil hamımızın ürəyindən bir ox dəyib keçdi. Birdən hamılıqla ürəkdən aaah çəkdik...
Şəkildə Ələsgərin əynində ütülü paltar, dodağında da siqaret vardı. Buğlarını da iki yandan yanaqlarına doğru üstə burmuşdu. Üstəlik, sağ qolunu da sevgilimin boynuna salmış sevincdən ağzı qulaqlarına gəlmişdi.
O gecə yatanda, üzgünlükdən yorğanı başıma çəkib, allaha yalvarıb: Ay allah nə olaydı sevdiyim bu artist Qoçu Ələsgərlə evlənməyəydi, deyirdim. Ayrıca, sevgilim bu Qoçu Ələsgərlə evlənsə, Qoçu bir gün hirslənib onu da döyüb öldürməsindən qorxurdum. Gözlərimi yuxu bürüyüncə, öz-özümə sabah tezdən durub, Seyid Əlinin yanına gedib, bir cadu-pitik yazdıracağam, ta artistin ürəyi ondan soyusun deyə düşünə-düşünə yuxlamışdım.
Bu hadisənin üstündən illər keçdi. Artıq gənc yaşıma gəlmişdim. Ancaq yenə də o artisti sevdiyimi düşünürdüm...
Günlərdən bir gün, bir iş üçün ilk kəz (ilk gəz, ilk dəfə) qatarla Tehrana getmişdim. Qatardan enib eşiyə çıxanda yol qırağında bir çox artistin hündür-hündür fotoşəkillərini, afişlərini gördüm. Bu afişlərin qabağında, əllərində əks çəkmə maşınları olan oğlanlar: Yurddaşlar, gəlin 2 tümənə istədiyiniz, sevdiyiniz artistlərlə şəkil çəkin!.. deyib uca səslə qışqırırdılar. Oradan keçən insanların kimisi bu çığır-bağıra qulaq asmadan keçib gedirdilər; az sayda, Qoçu Ələsgər kimi, bir neçəsi də bu iri şəkillərdəki sevdikləri artistlərin boynuna qullarını salıb, poz verib, 2 tümənə şəkil çəkib, şəkili şəkil çəkəndən alıb qoltuq ciblərinə qoyub gedirdilər.
Gözlərim yeyin-yeyin, bir-bir bu iri fotoşəkillərin üstündən ötüb keçirdi. Bu fotoşəkillər arasında bir də kimin şəklini görsəm yaxşıdır? Hə, o özünə dəlicə aşiq olduğum, çox sevdiyim, məni üzüb o Qoçu Ələsgərlə qol-boyun şəkil çəkən o gözəl qadın artistin şəklini də gördüm. Elə düz o an, 6 il boyunca boşuna üzüldüyümü, Qoçu Ələsgərin bu artistin özüylə yox şəkliylə şəkil çəkmiş olduğunu, başıma börk keçirdiyini anladım. Bir az duruxub o artistin şəklinə baxdım, sonra da öncə ağır-ağır daha sonra da yeyin-yeyin yeriyib şəkillərin qabağından uzaqlaşdım...

No comments:
Post a Comment