ZİBA XƏLİL
MƏNİM RƏQƏMİM
Yox bu 4 də sən deyilsən.
Bu 7 də…
İki kepkalı 11 in
Heç biri də sən deyilsən.
Rəqəmlərə bənzətdiyim
İnsan izdihamında səni,
Öz rəqəmimi gəzir gözlərim.
Ürəyim həyəcanda…
Səni gəzir ürəyim.
Yox bu 4 də sən deyilsən.
Bu 7 də…
İki kepkalı 11 in
Heç biri də sən deyilsən.
Milyon insanın içində.
Milyard rəqəm arasında.
Hara gedim?
Hardan dönüm?
Hansı küçə, hansı tində.
Hardasan mənim rəqəmim?!
Kimə cəm,
Sən kimə fərqsən?
Hansı körpə bölünənin
Hasili olacaqsan?!
Dünya riyaziyyat sistemində.
Bu sevgi teoremində
Nə zaman, de, hansı bəndə.
Mənə vurulacaqsan?!
Mənim rəqəmim…
Xəyalınla yaşayıram
Gözlərindən uzaq.
Əllərindən uzaq.
Səsindən uzaq.
Nəfəsindən uzaq.
Səndən, səndən uzaq bir yerdəyəm.
Tək təsəllim xəyalındı.
O da gəlir, gedir hərdən.
Nə qalır yanımda daimi.
Nə də tərk edir əbədi…
Xəyalın gözlərindən də,
Xəyalın əllərindən də,
Xəyalın o səsindən də,
Xəyalın nəfəsindən də.
Xəyalın o özündən də
Vəfalıymış.
Gəlir hərdən…
Hardan bilim.
Hardan bilim xəyal insandan güclüymüş.
O insanı yaşadarmış.
Sevgi donur, sevgi ölür.
Xəyal ölmür…
Hardan bilim…
Səndən uzaq.
Dünyandan uzaq.
Özgə bir dünyadayam.
Xəyalınla başbaşayam.
Xəyalınla yaşayıram...
Qaynaq: http://azlit.net/?p=2437
MƏNİM RƏQƏMİM
Yox bu 4 də sən deyilsən.
Bu 7 də…
İki kepkalı 11 in
Heç biri də sən deyilsən.
Rəqəmlərə bənzətdiyim
İnsan izdihamında səni,
Öz rəqəmimi gəzir gözlərim.
Ürəyim həyəcanda…
Səni gəzir ürəyim.
Yox bu 4 də sən deyilsən.
Bu 7 də…
İki kepkalı 11 in
Heç biri də sən deyilsən.
Milyon insanın içində.
Milyard rəqəm arasında.
Hara gedim?
Hardan dönüm?
Hansı küçə, hansı tində.
Hardasan mənim rəqəmim?!
Kimə cəm,
Sən kimə fərqsən?
Hansı körpə bölünənin
Hasili olacaqsan?!
Dünya riyaziyyat sistemində.
Bu sevgi teoremində
Nə zaman, de, hansı bəndə.
Mənə vurulacaqsan?!
Mənim rəqəmim…
Xəyalınla yaşayıram
Gözlərindən uzaq.
Əllərindən uzaq.
Səsindən uzaq.
Nəfəsindən uzaq.
Səndən, səndən uzaq bir yerdəyəm.
Tək təsəllim xəyalındı.
O da gəlir, gedir hərdən.
Nə qalır yanımda daimi.
Nə də tərk edir əbədi…
Xəyalın gözlərindən də,
Xəyalın əllərindən də,
Xəyalın o səsindən də,
Xəyalın nəfəsindən də.
Xəyalın o özündən də
Vəfalıymış.
Gəlir hərdən…
Hardan bilim.
Hardan bilim xəyal insandan güclüymüş.
O insanı yaşadarmış.
Sevgi donur, sevgi ölür.
Xəyal ölmür…
Hardan bilim…
Səndən uzaq.
Dünyandan uzaq.
Özgə bir dünyadayam.
Xəyalınla başbaşayam.
Xəyalınla yaşayıram...
Qaynaq: http://azlit.net/?p=2437
No comments:
Post a Comment