Elşən Böyükvən
Homosexsullaığın dərin tarixi,
ədəbi və fikri kökləri var. Azərbaycan Türkcəsinə keçmiş uşaqbazlıq
(pedophileya), oğlanbazlıq, götbazlıq, balabazlıq və tərsabalası sözləri bu məslənin
əsas göstəricilərindən biridir. Bu sözün xalq dili, yerli ləhcələr və gənclər
arasında isə onlarca qarşılığı var.
Əski Yunan filosofları belə bu
məsələ haqda öz düşüncələrini yazmış və bəziləri isə Homosexual olmuşlar.
Platon “Symposium” adlı əsərində Sokratın oğlanbazlığını məzəli və maraqlı şəkildə
açıqlayır.Platon, Bir kişi üçün, dəyərli və şəxsiyyətli bir erkəyin sevgilisi
olmaqdan daha böyük səadət və xoşbəxtlik ola bilməz, deyir. Pedofiliyanı pisləyən
Platon, ağıllı və zəkalı erkəklərlə eşq macərası yaşamağı düşüncənin
formalaşmasına yardımçı olacağını vurğulayaraq erkəklə erkəyin sevgisini əngəlləyən
ölkələri müstəbid adlandırır. Ancaq, Platon erkəklərin cinsi münasibətini
deyil, ruh və düşüncə inkişafına yardımçı olan eşqi dəstəkləyir. (daha geniş
bilgi almaq üçün Platonun Symposium risaləsinə müraciət edə bilərsiniz. Symposium,
Farscaya çevirənlər Dr.Lütfi və Dr.Kaviyani).
Ziqmund Freyd Homosexullaıq üzrə apardığı elmi
və analitik araşdırmalarında insanların tam erkək və tam qadın olmalarını rədd
edərək, insanın Bisexualite (bir erkəyin eyni halda qadınlıq və bir qadının isə
erkəklik psixologiyası və biologieyaya sahib olması anlamındadır) bir varlıq
olduğunu isbatlayır. Onun yazdığı “cinsi məsələlər üzrə üç tez” adlı əsərində
Pedophileyay yoluxanları belə ehtiyat və uzaq görənliklə araşdıraraq bu məsələnin
necə yaranması və fərqli formaları barədə izahat verdiyini görürük. Ancaq, ən
böyük və geniş miqyaslı cinsi xəstəlik adlandırdığı Sadisme və Masochisme barədə
daha geniş yazmaqdan imtina etdiyini sezirik. Düşünərin dediyinə görə tam
Normal insan anlayşını absurddur, anlamsızdır. Freydin cinsi məsələlərə necə
ehtiyat və təmkinlə yanaşdığını oxuyarkən Azərbaycanda bir sıra ziyalı adını
daşıyanların aqressiv və savadsızcasına söylədikləri fikirlər yadıma düşür.
Sandor Erenczi və Kraft
Ebingin yazdıqlarına əsasən biz Homosexsualisme (eş və müvafiq cinsiyyətlərin
bir biri ilə seks etmədən sevgi yaşamalarına deyilir) və Homosexualite (eş və
müvafiq cinsiyyətlərin seks edərək bir birinə sevgi hiss olanlara deyilir)
arasındakı fərqləri nəzərə almalıyıq.
Homosexualitedə üç böyük grup yer alır, qadın
kimi qarşı tərəfə təslim olaraq edilmək istəyənlər, əsil erkəklər kimi
qarşısındakı erkəyi etmək istəyənlər və həm edib- edilən erkəklərə bölünürlər.
Hansısa yazar və incə sənət
xadiminin yaratdığı əsəri oxuyar, dinləyər ya da baxarkən onun bədiiliyi,
yeniliyi və yüksək keyfiyyətlərinimi düşünürük yoxsa onun yaradıcısının şəxsi həyatını
?
Batı incəsənət və ədəbi
axımlarının ən geridə qalmış, qoxumuş və yeddi kəfən çürütmüş ədəbi tənqid növlərindən
biri Əxlaq anlayışına söykənərək ədəbi əsəri və yarzarın şəxsiyyətini
araşdırmaq metodudur.
Quzey Azərbaycan ziyalıları,
siyasi-ictimai xadimlər və yazarlarının böyük bir qismi Füzuli yaradıcılığına dərin
hörmət və sevgi bəsləyir. Onun şeirləri Azərbaycan Muğamatı və ədəbiyyatının
ruhuna çevirilibdir. Ancaq, Füzulidən danışarkən onun aşağıdakı Homosexsuallıq
qoxusu verən şeirini sanki görmür və duymurlar. YAP-sının ideoloqlarından biri
sayılan Rafael Hüseynov “İplik Kimi Uzun Sevda” başlıqlı yazısında Füzuli gözəlinin
cavan oğlan ya uşaq olduğunu gizləyərək, sadəcə “Gözəli” sözündən istifadə
edir.
Qıldı ol sərv
səhər, nazilə həmmamə xüram,
Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.
Görünürdü bədəni, çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.
Niligun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.
Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didadi-lətifilə ziya dideyi-cam.
Sandılar kim, satılır daneyi-dürri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.
Kakilin şanə açıb, qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam.
Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.
Çıxdı həmmamdən o, pərdeyi-çeşmim sarınıb,
Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam.
Mərdümi-çeşmim ayağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin ayağinə müdam.
Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,
Qılmasın sərf zər ol sərvqədü siməndam.
Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.
Görünürdü bədəni, çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.
Niligun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.
Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didadi-lətifilə ziya dideyi-cam.
Sandılar kim, satılır daneyi-dürri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.
Kakilin şanə açıb, qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam.
Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.
Çıxdı həmmamdən o, pərdeyi-çeşmim sarınıb,
Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam.
Mərdümi-çeşmim ayağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin ayağinə müdam.
Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,
Qılmasın sərf zər ol sərvqədü siməndam.
Yuxarıdakı şeiri oxuyarkən bir
neçə incəliyə diqqət yetirmək lazımlı görünür. Füzulinin Bəğdad şəhərində qadın
həmmamına gedə bilməməsi aydındır. Şeirdə verilən gözəl təsvirlərə istinadən
şairin həmmamda olması və sözü gedən gözəlin oğlan yaxud yeniyetmə sütül bir
uşaq olmasına heç bir şübhə yeri qalmır. İndi, Füzulini yuxarıdakı
Homosexsuallığına görə əxlaqsız və Gay kimi təqdim edərək, onu aşağılamalıyıqmı
?.Bu iş, təmami ilə yanlış olar. Füzuli kimi usta şair-nazimləri
Homosexsuallıqlarına görə divan şeirimizdən silməklə ədəbiyyatımızı ruhsuz bir
gövdəyə çevirərik. ” Dəhr vəqf etmiş məni norəs cavanlar eşqinə” deyən
Füzulinin amacı, qızlar və qadınlar yox, sütül oğlanlardır. Bunları Füzulidə
oxuyan ağsaqqal və qeyrətli kişilərimizin diqqətli olub olmadığını bilmirəm.
Ancaq, Babi Bədəloov kimi istedadlı rəssamın şəxsi həyatına necə uzun
burunlarını soxduqlarını bilir və görmüşəm.
Ayrıca, dünya ədəbiyyatı və
incə sənət tarixi bolluca Homosexsual şəxsiyyətlə doludur. Sukrates, Platon,
Sophokles, Schopenhouer, Andre Gide, Oscar Wailde, Devinci, Michel Angelo,
Shakespeare, Walt Whitman, Michael Cunningham, David Sedaris, W.Wolf. M.Proust
və yüzlərcə başqa şəxsiyyətlərin özəl yaşamlarını oxuduğumuz zaman onların
yratdığı əsərlərə nifrətmi etməliyik ?
Səfəvilər dövründə ən böyük
Avropalı səyyahlardan biri sayılan Chardinin fikrincə, o çağ kı İranda insan
azlığının əsas səbəblərindən biri qadınlara deyil, oğlanlara və erkəklərə olan
aşırı cinsi meyl və istək imiş.
Chardin yazır, Təbriz və İrəvan
şəhərlərində olan çox böyük qəhvəxanalarda (çayxana, qəliyanxana) gözəl, şəhvani
və çox cazibədar oğlanlar olurdu. Gözəl və yaraşıqlı oğlanlar özlərini fahişə
qadınlar kimi qəhvəxanaya gələn kişilərə göstərir və müştəri qazanırdılar. Günlərin
bir günü, İkinci Şah Abbas Səfəvi çox gözəl və sütül oğlan uşağının birini qəhvəxanaçıya
pay vermiş, yazıq oğlan uşağına olan cinsi zorakılığın şiddəti ol qədər olmuş
ki, uşaq ağır zədələr və yaralar gördüyünə görə qəhvəxanaçıya həmlə etmiş və
onu yaralamış imış. Şah Abbas oğlana təcavüz edən qəhvəxanaçını cəzalandırmaq əvəzinə,
yazıq oğlan uşağının qarnını bıçaqla söküb-yarmağa əmr verir.(Chardinin səfərnaməsi,
7-ci cild,257)
Səfəvilər dövründə erkək
cinsinə olan aşırı meyl və cinsi istək, ol qədər vüsət almış imiş ki,
Türküstan, Hind və Osmanlı dövlətləri tərəfindən göndərilən elçiləri belə
zorlayaraq cinsi təcavüzə məruz qoyurlarmış. (Rüstəm-ül təvarix, 114-cü səhifə)
Osmalı və Səfəvi dövründən qalan tarixi kitablar və minyatür əsərlərdə bu məsələnin
hansı durumda olduğunu öyrənə bilərik.
Venesiyalı səyyahların
yazdığına görə, Şah İsmayıl ikinci dəfə Təbrizi fəth edəndən sonra, şəhərin ən
gözəl və sütül oğlanlarını Səkkiz Cənnət sarayına gətizdirərək hamısına təcavüz
etmiş, kami-dil almış və onları öz sərkərdələri və dövlət adamlarına da
vermişimiş (Venesiyalıların səfərnaməsi,429-cu səhifə)
İranda Homosexulizm
Fars divan şeiri və nəsrinin ən
ünlü imzaları sayılan Şirazlı Səədi, Hafiz, Sistanlı Fərrüxi, Ünsüri, Mənüçehri,
Übeyd Zakani, Möhtəşəm Kaşani, Əbdülrəhman Cami, Vəhşi Bafeqi və onlarca başqa
imzanın yazdığı oğlanbazlıq və uşaqbazlıq içərikli misralar və nəsrlərindən örnək
gətirmək belə lazısız görünür. Şirazlı Səədinin Bustan adlı əsərinin Eşq və
Cavanlıq bölümü və onun yazdığı Həzliyatları Homosexsuallıq deyil, lap Ləvatçılığı
(götbazlıq) xoşbəxtlik və şənlik gəritəcək deyə öyür. Fars divan ədəbiyyatındakı
oğlanbazlıq nümunərləri ətraflı şəkildə oxumaq üçün Dr.Sirus Şəmisanın ”Şahedbazi
Dər Ədəbiyyate Farsi” kitabını oxuya bilərsiniz.
Azərbaycan Respublikasında
keçirilən Euvrovijın musiqi yarışması az qala İranla-Azərbaycanın siyasi
münasibətlərinə ciddi zərbə vurmuşdu. İranın rəsmi və qeyri-rəsmi dövlət
adamlarının dediyinə görə, onları narahat edən məsələ, şiə ölkəsində keçiriləcək
musiqi yarışması zamanı əxlaqsızların təntənəli şəkildə qeyd edəcəkləri “Gay
Parad” törəninin olacağı imiş.
Gay Parad məsələsi ol qədər
ciddi və böyük olaya çevrilmişdiki İran İslam devrimi zamanından o günə qədər
Tehran cümə namazında misli görünməmiş bir hadisə baş verdi. Tehranın cümə
namazında Ayətulla Nuri Həmədani tribun arxasına keçib Azərbaycan Türkcəsində
nitq edərək Azərbaycan respublikasında keçiriləcək Gay Paradı qınaq və tənqid
atəşinə tutdu.
İran police qüvvələri
generalının dediyinə görə bu ölkədə qız və qadınlardan daha çox, yeniyetmə və gənc
oğlan uşaqları cinsi təcavüzə məruz qalır. Bu ölkədə gözəl oğlanlara görə
hazırlanan video klipləri, məktəb illəri və siahlı qüvvələrdə oğlanlara olan
cinsi zorakılıq və homosexuallığı yaxından gördüyüm zaman məsələnin ciddiləşməsini
anladım.
No comments:
Post a Comment