Elşən Böyükvənd
Rasizm
gözlüyü böyük və kiçik yazar tanımır. Dostoyevskinin Türklər və Tatarlara
baxdığı açıdan, Ezra Pound Amerikalılar və Böyük Britaniyalılara baxırdı. Panslavist
Dostoyevski öz romanında Tatar soyundan olan şəxsiyyəti böyük və qorxunc bir
Böyüyə bənzədirdi. Karamazov Qardaşları əsərində isə Türklərin etdikləri cinayətlərdən
söz açarkən onları ürək bulandırıcı şəkil də təsvir etmişdi. Ezra Pound, daha
aydın və açıq forma da Rasizmlə uğraşırdı. Onun fikrincə, Böyük
Britaniyalıların dişlərini vurub sındırmaq lazımdır. Amerika isə ayaqdan başa
çılğınların dəlixanasıdır,
deyirdi.
Benito Mussolinin öndərliyini öyüb və sevən Pound, Hitleri şəhid, Jandark və
qutsal adlandırmışdı. Stalini isə, dünyanın ən düşüncəli siyasətçisi hesab
edirdi. Martin Heidegger kimi ünlü
və böyük filosof da Rasizm ovsunundan qaça bilmədi. Öz ustadınıYəhudi olduğuna
görə universitetdən dışlandırıb Alman Nazist hərəkatı vəpartiyasını öyüb
savunaraq, demokratiyanın əsas tənqidçilərindən biri olduğunu ömrünün sonuna qədər
qoruyub saxladı.
Çağdaş Fars ədəbiyyatı isə Rasizm döşündən
süd əmən şair və yazarlarla aşıb daşır. Sadiq Hidayətin Ərəblərə və Türklərə bəslədiyi
nifrət və istehzanın güclü qoxusunu Mehdi Əxəvan Salis, Siyavuş Kəsrayi,
Ə.Nuşin, Nadir Nadirpur, Müctəba Minəvi, M.Bahar, Sadiq Çubək, Bozorg Ələvi və
onlarca yazar, araşdırmaçı və şair də görürük. Siyasi-ictimai və fikri sahələr
də çalışan İran rasistlərinin listini tutmaq istəsək, iri həcmli bir kitab
yazmalıyıq, məncə.
İran rasistlərindən bir örnəyi verməyi
yetərli sanıram. Fransada Siyasət Fəlsəfəsi üzrə akademik təhsilatını bitirən
Prof. S. Cavad Təbatəbayinin Mehrnamə dərgisinə verdiyi son müsahibəsində Azərbaycan Türkcəsi dilində yazılan bütün ədəbi
və fikri mirası 8 ay için də Pan Türklərə öyrədib bitirmək olar demişdir. Prof.
Təbatəbayinin fikrincə, Quzey Azərbaycan akademiyalarındakı ustadların savadı,
İran kəndlilərindən belə, aşağıdır. Avropanın ünlü filosofları ilə yaxın
münasibət də olan və Güney Azərbaycanın Təbriz şəhərində doğulan düşünərin əsas
tezi, Türklər, Monqollar və Ərəblərin gəlişindən sonar İran coğrafiyası içində
düşünməkdən imtina eməyin mərhələlərini açıqlamaqdır.
Rasizmi başqaların da axtarıb tənqid edərkən,
bu xəstəliyin öz yazarlarımız içinə sızmasını da diqqətlə izləməliyik. Güney,
Quzey Azərbaycan və Fars dilli yazarların Rasizmlə olan münasibətləri və düşüncələri
haqda daha geniş və dəqiq araşdırma aparmağı sonraya saxlayıram.
Xəyal dünyası çox təhlükəli və qımız
dadlı bir yerdir. Şairi yüksəldə ya da xulyalara sala bilər. Xəyalpərəst və
Rasist Zəlimxan Yaqub bəy, “Qarabağı sazla alacağını”, “Əvvəl-axır
dünya Türkün dünyası”, “Bugün-sabah dünya bizim olacaq”, kimi usdışı misralar və
ifadələrlə Millətimizin düşüncə səhifəsinə heç bir şey qazandıra bilməyəcək.
Yusif Akçura, Ziya Göyalp, Əbülfəz Elçibəy və Atatürk dünyanın bizə məxsus olacağına görə hər hansı bir yazı yazmayıbdılar. Turançılıq düşüncəsi
belə, "Bugün-sabah dünya bizim olacaq" misrasını bağıracaq boğazı
olmazkən, Qarabağımızı sazla alan şairimiz bu işi görməyə qalxır. Şeirin ən ürək
bulandırıcı və Alman Nazistlərinin düşüncəsini yansıdan misralar isə belədir
"Türkə səcdə, Türkə təzim olacaq”, “Bugün-sabah dünya bizim olacaq".
İLK ANDIMIZ, SON ANDIMIZ TURANDI
Zəlimxan YAQUB
Təntiməyin, tələsməyin, çaşmayın,
Yerli-yersiz həddinizi aşmayın,
Qazan gəlib qaynamamış daşmayın,
Yoldaşımız səbr, dözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya Türkün dünyası,
Üç gün, beş gün gecim-tezim olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Şəhid verin, qurban verin, can verin,
Cansızlara şah damardan qan verin,
Gəmi kimi sahillərə yan verin,
Müjdəçilər düzüm-düzüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Düşmən məni düz düşünməz, çaş anlar,
Haqq sözümü qaya duyar, daş anlar,
Qayıdacaq Çin səddini aşanlar,
Tarixlərə təzə sözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bugün-sabah dünya bizim olacaq.
No comments:
Post a Comment