ینی ایلینیز اوغورلو اولسون


Nov 16, 2016

کيمى‌يم

مجنون گؤيچه‌لى cnun GÖYÇƏLİ 

بير آز آتام، بير آز آنام،
بير آز دا اؤزوم کيمييم.
درديمين قانادي سينيب،
عالمده سؤزوم کيمييم.

غاليب بويدا ظفرسيزم!
سنگريمده نفرسيزم!
يوردا ساري سفرسيزم،
اوجاقسيز گؤزوم کيمييم.

قاراباغدا وطن اؤلور!
آه يانير، آمان تؤکولور.
پاپاغيم باشيما گولور!!!
نيظامسيز دوزوم کيمييم.

مني منده يوغوردولار،
ديل-آغيزدان قوووردولار،
غوربت بويو سوووردولار!
بيريم يوخ، يوزوم کيمييم.

توستوم قالخير بوروم-بوروم،
هيس‌لنير عزميم، غوروروم.
حئيکله زارييير خوروم!
سينميش گوندوزوم کيمييم.

مجنون عؤمرو غمدن آليب،
فرحيني بنده ساليب!
بير عونوانسيز گوروم قاليب!
دؤزورم، دؤزوم کيمييم.


مجنون گؤيچه‌لى

cnun GÖYÇƏLİ
KİMİYƏM

Bir az atam, bir az anam,
Bir az da özüm kimiyəm.
Dərdimin qanadı sınıb,
Aləmdə sözüm kimiyəm.

Qalib boyda zəfərsizəm!
Səngərimdə nəfərsizəm!
Yurda sarı səfərsizəm,
Ocaqsız gözüm kimiyəm.

Qarabağda vətən ölür!
Ah yanır, aman tökülür.
Papağım başıma gülür!!!
Nizamsız düzüm kimiyəm.

Məni məndə yoğurdular,
Dil-ağızdan qovurdular,
Qürbət boyu sovurdular!
Birim yox, yüzüm kimiyəm.

Tüstüm qalxır burum-burum,
Hislənir əzmim, qürurum.
Heykələ zarıyır xorum!
Sınmış gündüzüm kimiyəm.

Məcnun ömrü qəmdən alıb,
Fərəhini bəndə salıb!
Bir ünvansız gorum qalıb!
Dözürəm,dözüm kimiyəm.

 

No comments:

Post a Comment