Mar 6, 2015

Femenizm Deyərkən…

Sevil Suleymani

femenizm sözünü eşidiyimiz zaman, beyinlərdən hansi anlam keçir sorusu hər zaman məni özünə məşqul edən sualardan biri olmuşdur. ikinci sual isə Mən bir femenistəm deyəndə mənən necə bir tesəvur yaranır sorusudır.
 

Son zamanlara qədər bu suaların cəvablarıyla bagli bilimsəl və aydın cavablarım yoxıdı. Ama qadın məsələrərində bir sıra mubahisələrə  qarışdığımda mənfi və musbət, aldığım bəzi təpki (feedback lər) oldi. "Men bir femenistəm" dediğimdə mənə qarşı başalayan bəzi sorular və həta yargılar( Qəzavət) ilə də taniş oldum.
 Sən lezbiyənsən mi? kişilərnən aran necə dir? onlara nifrət edirsən mi? evlənmğə necə baxırsan? bu soruları eşitmək mənə sadəcə bir məsələni aydın eti, oda budur ki bizim toplumda bir çox insan femenizmə seçim izini və imkani  yaradan hərəkət kimi yox, bəlkə sənə seçim edən bir hərkət kimi baxır.  Buna göredə bu məsələyə aydınlıq gətərmək ehtiyaci his etdim.

Mənim Qadın haqlarından bəhs etiğim zaman qəsd etiğim kişilər və qadınların haq baxımından bərabər haqlara sahib olmaq bilinci nuqtəsinə gətirməkdir. Mənim istəğim qadınlarıı və kişilərin dövlət, huquq sistimi və ekonomik sistim tərəfindən bərabər və ədalətli şərtlər ilə dəğərləndirilməsi və var olan imkanlardan eyni səviyədə istifadə etmə haqlarına sahib olmalarıdır. Bu nuqtədən sonra qadının hansi yaşam modelini seçəcəği isə tamamən fərdi bir seçim olabilər.

femenisizdən bəhs etiğim hər zaman Barbara Smithi xatirlayiram. Barbara Smithin femenizm dən verdiyi yeni tanım və tərif məncə çox yerində bir tərifdir "femenizm qadınları özğürləşdirmək üçün bir siyasi teori və əməl (piratik) dir. feminizm renğli qadınlar ( ağ dərili olmayan), işçi sınıf qadınlar, yoxsul qadınlar, fiziksəl əngəlli qadınlar, lezbiyen, yaşlı, və hətta ağ imtiyazli ekonomik heteroseksüel qadınlara ayid olan bir hərəkətdir.

Bir tərəfdəndə  doğrudur ki qadin haqları məsələləri qlobal bir sorundur. Ama unutmalıyıq ki bu sorunları hər cografiyanin öz mədəni, siyasi, iqtisadi və siyasi kültürü kontekslərinin içində araştırmalıq. İran, Azerbaycan və Amerikada yaşamış bir feminist olaraq mədəniyetin bu məsələrə buraxdığı izləri yaxşı görə bilirəm. Amerikada femenisim dərslərində də bunu öyrətməyə çalışılar ki, qərb də olan “Azad Qadin” təcrübələrinə əsaslanaraq, onları( üçüncü dünya) başa düşdüğümüzü idia ederək, üçüncü dünya   qadinlarının problemlərinə həl yolu tapmaq olmaz.  Bu təhsil sistimində  femenizm və gender bölümündə bizi belə bir umumileşdirmələrdən (generalization) çəkindirilər. Mənə femenisim sözünün verdiği anlayşdan baxanda,  hegemonya, ırqçılıq, sömürgecilik ve kültürel görecelik kimi qavramlarında işin içinə qatılması gərəğinə inanıram.  Ama eyni halda beynəlxalq qadın hüquqlarının Kontekstindən baxmaqda  bu anlama gəlir ki, üçüncü dünyada yaşayan bacılarımızın bizim qoruculuqumuza ehtiyaci var (sömürgəci düşüncəni yaymaq) . Ama bu sömürgəci zehniyət ölkələrdə olan ataerkil (patriarxal) sistimin yayqınlıqının ve biçiminin kültürdən kültürə fərqli olduqunu görməzdən gəlir. Bugün qadın enstutularinda məsələnin bu cəhəti də nə yaxci ki görülür və anlaşılır. Bu üzdən qadınların problemlərini kürəsəl görmək olar, ama her bir problemi öz yerində və öz toplumsal, siyasal və kültürəl şərtləri və yapısalığı içində  incələmək lazimdir. Qadin hərəkatləri də bu ehtiyacalara dayanaraq yaranır. Məsələn qadinların Ərəbistanda olan durumlarını Amerikayla bəraber tutmaq olmur. Bugün Ərəbistan qadinları sürücülük haqi uğurunda mubarizə aparilar, Amerika qadinları isə nədən uşaqlara cinsiyeti ayran adlar yaxud paltarlarin seçildiği kültürə qarşı cıxılar. Bütün dünyada gedən hereketin temel hədəfi ayri seçkiligi (diskriminasyani) aradan qaldırmaq olsada, bu mubarizə hər topluma uygun olaraq, özünə şəkil almaqdadır.

Biz qadın hərəkəti olaraq, qadına dayanaraq toplum muhəndisliği edənlərə, qadin üstündə ticarət, qadin üstündə siyasət edənlərə qarşı durmalıyıq.

 Qadin cinsiyətinin bu qədər hər şeyə vəsilə edilməsinə qarşı çıxmalıyıq. Istər qadinin zorla başını açmaq istəyənlər olsun, istər zorla başını qapatmaq istəyənlər olsun. Bunuda yolu qadinların özlərini bir insan olaraq görməlirini öyrənmələrinidən geçdiğini bilməliyik. Qadin nə dinin sutunu, nədə millətin qorunması gərəkən namusdur. O bir insandir. Hər insan kim seçmə haqi var. Ama toplumsal kültür və siyasal sistim onun özünü gərçəkləşdirməsinə izin vermir. umaram bızımdə qadın hərəkatımız bu şərtləri nazardə ala.

 

Sevil Suleymani

No comments: