ینی ایلینیز اوغورلو اولسون


May 17, 2014

Şah İsmayılın Cinsi Zorakılığı və Füzulinin Homosexuallığı

Elşən Böyükvən


Homosexsullaığın dərin tarixi, ədəbi və fikri kökləri var. Azərbaycan Türkcəsinə keçmiş uşaqbazlıq (pedophileya), oğlanbazlıq, götbazlıq, balabazlıq və tərsabalası sözləri bu məslənin əsas göstəricilərindən biridir. Bu sözün xalq dili, yerli ləhcələr və gənclər arasında isə onlarca qarşılığı var.

Əski Yunan filosofları belə bu məsələ haqda öz düşüncələrini yazmış və bəziləri isə Homosexual olmuşlar. Platon “Symposium” adlı əsərində Sokratın oğlanbazlığını məzəli və maraqlı şəkildə açıqlayır.Platon, Bir kişi üçün, dəyərli və şəxsiyyətli bir erkəyin sevgilisi olmaqdan daha böyük səadət və xoşbəxtlik ola bilməz, deyir. Pedofiliyanı pisləyən Platon, ağıllı və zəkalı erkəklərlə eşq macərası yaşamağı düşüncənin formalaşmasına yardımçı olacağını vurğulayaraq erkəklə erkəyin sevgisini əngəlləyən ölkələri müstəbid adlandırır. Ancaq, Platon erkəklərin cinsi münasibətini deyil, ruh və düşüncə inkişafına yardımçı olan eşqi dəstəkləyir. (daha geniş bilgi almaq üçün Platonun Symposium risaləsinə müraciət edə bilərsiniz. Symposium, Farscaya çevirənlər Dr.Lütfi və Dr.Kaviyani).
 Ziqmund Freyd Homosexullaıq üzrə apardığı elmi və analitik araşdırmalarında insanların tam erkək və tam qadın olmalarını rədd edərək, insanın Bisexualite (bir erkəyin eyni halda qadınlıq və bir qadının isə erkəklik psixologiyası və biologieyaya sahib olması anlamındadır) bir varlıq olduğunu isbatlayır. Onun yazdığı “cinsi məsələlər üzrə üç tez” adlı əsərində Pedophileyay yoluxanları belə ehtiyat və uzaq görənliklə araşdıraraq bu məsələnin necə yaranması və fərqli formaları barədə izahat verdiyini görürük. Ancaq, ən böyük və geniş miqyaslı cinsi xəstəlik adlandırdığı Sadisme və Masochisme barədə daha geniş yazmaqdan imtina etdiyini sezirik. Düşünərin dediyinə görə tam Normal insan anlayşını absurddur, anlamsızdır. Freydin cinsi məsələlərə necə ehtiyat və təmkinlə yanaşdığını oxuyarkən Azərbaycanda bir sıra ziyalı adını daşıyanların aqressiv və savadsızcasına söylədikləri fikirlər yadıma düşür.
Sandor Erenczi və Kraft Ebingin yazdıqlarına əsasən biz Homosexsualisme (eş və müvafiq cinsiyyətlərin bir biri ilə seks etmədən sevgi yaşamalarına deyilir) və Homosexualite (eş və müvafiq cinsiyyətlərin seks edərək bir birinə sevgi hiss olanlara deyilir) arasındakı fərqləri nəzərə almalıyıq.
 Homosexualitedə üç böyük grup yer alır, qadın kimi qarşı tərəfə təslim olaraq edilmək istəyənlər, əsil erkəklər kimi qarşısındakı erkəyi etmək istəyənlər və həm edib- edilən erkəklərə bölünürlər.
Hansısa yazar və incə sənət xadiminin yaratdığı əsəri oxuyar, dinləyər ya da baxarkən onun bədiiliyi, yeniliyi və yüksək keyfiyyətlərinimi düşünürük yoxsa onun yaradıcısının şəxsi həyatını ?
Batı incəsənət və ədəbi axımlarının ən geridə qalmış, qoxumuş və yeddi kəfən çürütmüş ədəbi tənqid növlərindən biri Əxlaq anlayışına söykənərək ədəbi əsəri və yarzarın şəxsiyyətini araşdırmaq metodudur.
Quzey Azərbaycan ziyalıları, siyasi-ictimai xadimlər və yazarlarının böyük bir qismi Füzuli yaradıcılığına dərin hörmət və sevgi bəsləyir. Onun şeirləri Azərbaycan Muğamatı və ədəbiyyatının ruhuna çevirilibdir. Ancaq, Füzulidən danışarkən onun aşağıdakı Homosexsuallıq qoxusu verən şeirini sanki görmür və duymurlar. YAP-sının ideoloqlarından biri sayılan Rafael Hüseynov “İplik Kimi Uzun Sevda” başlıqlı yazısında Füzuli gözəlinin cavan oğlan ya uşaq olduğunu gizləyərək, sadəcə “Gözəli” sözündən istifadə edir.

Qıldı ol sərv səhər, nazilə həmmamə xüram,
Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.

Görünürdü bədəni, çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.

Niligun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.

Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didadi-lətifilə ziya dideyi-cam.

Sandılar kim, satılır daneyi-dürri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.

Kakilin şanə açıb, qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam.

Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.

Çıxdı həmmamdən o, pərdeyi-çeşmim sarınıb,
Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam.

Mərdümi-çeşmim ayağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin ayağinə müdam.

Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,
Qılmasın sərf zər ol sərvqədü siməndam.

Yuxarıdakı şeiri oxuyarkən bir neçə incəliyə diqqət yetirmək lazımlı görünür. Füzulinin Bəğdad şəhərində qadın həmmamına gedə bilməməsi aydındır. Şeirdə verilən gözəl təsvirlərə istinadən şairin həmmamda olması və sözü gedən gözəlin oğlan yaxud yeniyetmə sütül bir uşaq olmasına heç bir şübhə yeri qalmır. İndi, Füzulini yuxarıdakı Homosexsuallığına görə əxlaqsız və Gay kimi təqdim edərək, onu aşağılamalıyıqmı ?.Bu iş, təmami ilə yanlış olar. Füzuli kimi usta şair-nazimləri Homosexsuallıqlarına görə divan şeirimizdən silməklə ədəbiyyatımızı ruhsuz bir gövdəyə çevirərik. ” Dəhr vəqf etmiş məni norəs cavanlar eşqinə” deyən Füzulinin amacı, qızlar və qadınlar yox, sütül oğlanlardır. Bunları Füzulidə oxuyan ağsaqqal və qeyrətli kişilərimizin diqqətli olub olmadığını bilmirəm. Ancaq, Babi Bədəloov kimi istedadlı rəssamın şəxsi həyatına necə uzun burunlarını soxduqlarını bilir və görmüşəm.

Ayrıca, dünya ədəbiyyatı və incə sənət tarixi bolluca Homosexsual şəxsiyyətlə doludur. Sukrates, Platon, Sophokles, Schopenhouer, Andre Gide, Oscar Wailde, Devinci, Michel Angelo, Shakespeare, Walt Whitman, Michael Cunningham, David Sedaris, W.Wolf. M.Proust və yüzlərcə başqa şəxsiyyətlərin özəl yaşamlarını oxuduğumuz zaman onların yratdığı əsərlərə nifrətmi etməliyik ?
Səfəvilər dövründə ən böyük Avropalı səyyahlardan biri sayılan Chardinin fikrincə, o çağ kı İranda insan azlığının əsas səbəblərindən biri qadınlara deyil, oğlanlara və erkəklərə olan aşırı cinsi meyl və istək imiş.
Chardin yazır, Təbriz və İrəvan şəhərlərində olan çox böyük qəhvəxanalarda (çayxana, qəliyanxana) gözəl, şəhvani və çox cazibədar oğlanlar olurdu. Gözəl və yaraşıqlı oğlanlar özlərini fahişə qadınlar kimi qəhvəxanaya gələn kişilərə göstərir və müştəri qazanırdılar. Günlərin bir günü, İkinci Şah Abbas Səfəvi çox gözəl və sütül oğlan uşağının birini qəhvəxanaçıya pay vermiş, yazıq oğlan uşağına olan cinsi zorakılığın şiddəti ol qədər olmuş ki, uşaq ağır zədələr və yaralar gördüyünə görə qəhvəxanaçıya həmlə etmiş və onu yaralamış imış. Şah Abbas oğlana təcavüz edən qəhvəxanaçını cəzalandırmaq əvəzinə, yazıq oğlan uşağının qarnını bıçaqla söküb-yarmağa əmr verir.(Chardinin səfərnaməsi, 7-ci cild,257)
Səfəvilər dövründə erkək cinsinə olan aşırı meyl və cinsi istək, ol qədər vüsət almış imiş ki, Türküstan, Hind və Osmanlı dövlətləri tərəfindən göndərilən elçiləri belə zorlayaraq cinsi təcavüzə məruz qoyurlarmış. (Rüstəm-ül təvarix, 114-cü səhifə) Osmalı və Səfəvi dövründən qalan tarixi kitablar və minyatür əsərlərdə bu məsələnin hansı durumda olduğunu öyrənə bilərik.
Venesiyalı səyyahların yazdığına görə, Şah İsmayıl ikinci dəfə Təbrizi fəth edəndən sonra, şəhərin ən gözəl və sütül oğlanlarını Səkkiz Cənnət sarayına gətizdirərək hamısına təcavüz etmiş, kami-dil almış və onları öz sərkərdələri və dövlət adamlarına da vermişimiş (Venesiyalıların səfərnaməsi,429-cu səhifə)

İranda Homosexulizm

Fars divan şeiri və nəsrinin ən ünlü imzaları sayılan Şirazlı Səədi, Hafiz, Sistanlı Fərrüxi, Ünsüri, Mənüçehri, Übeyd Zakani, Möhtəşəm Kaşani, Əbdülrəhman Cami, Vəhşi Bafeqi və onlarca başqa imzanın yazdığı oğlanbazlıq və uşaqbazlıq içərikli misralar və nəsrlərindən örnək gətirmək belə lazısız görünür. Şirazlı Səədinin Bustan adlı əsərinin Eşq və Cavanlıq bölümü və onun yazdığı Həzliyatları Homosexsuallıq deyil, lap Ləvatçılığı (götbazlıq) xoşbəxtlik və şənlik gəritəcək deyə öyür. Fars divan ədəbiyyatındakı oğlanbazlıq nümunərləri ətraflı şəkildə oxumaq üçün Dr.Sirus Şəmisanın ”Şahedbazi Dər Ədəbiyyate Farsi” kitabını oxuya bilərsiniz.
Azərbaycan Respublikasında keçirilən Euvrovijın musiqi yarışması az qala İranla-Azərbaycanın siyasi münasibətlərinə ciddi zərbə vurmuşdu. İranın rəsmi və qeyri-rəsmi dövlət adamlarının dediyinə görə, onları narahat edən məsələ, şiə ölkəsində keçiriləcək musiqi yarışması zamanı əxlaqsızların təntənəli şəkildə qeyd edəcəkləri “Gay Parad” törəninin olacağı imiş.
Gay Parad məsələsi ol qədər ciddi və böyük olaya çevrilmişdiki İran İslam devrimi zamanından o günə qədər Tehran cümə namazında misli görünməmiş bir hadisə baş verdi. Tehranın cümə namazında Ayətulla Nuri Həmədani tribun arxasına keçib Azərbaycan Türkcəsində nitq edərək Azərbaycan respublikasında keçiriləcək Gay Paradı qınaq və tənqid atəşinə tutdu.
İran police qüvvələri generalının dediyinə görə bu ölkədə qız və qadınlardan daha çox, yeniyetmə və gənc oğlan uşaqları cinsi təcavüzə məruz qalır. Bu ölkədə gözəl oğlanlara görə hazırlanan video klipləri, məktəb illəri və siahlı qüvvələrdə oğlanlara olan cinsi zorakılıq və homosexuallığı yaxından gördüyüm zaman məsələnin ciddiləşməsini anladım.

No comments:

Post a Comment