ینی ایلینیز اوغورلو اولسون


May 23, 2013

حاجی میرزا حسن رشديه

ح. مجیدزاده (ساوالان)‏

رشدیه خالقین اؤز آنادیلینده اوخویوب- یازماغی بیر اساس کیمی قبول ائدیب و بو فیکیریندن تامام عؤمورنده دیفاع ائتمیشدیر.‏

H. MƏCİDZADƏ (Savalan)‎

HACI MİRZA HƏSƏN RÜŞDİYYƏ


Rüşdiyyə xalqın öz Anadilində oxuyub- yazmağı bir əsas kimi qəbul edib və bu fikirindən tamam ömürndə difa ‎etmişdir.


آذربایجانین حؤرمته لاییق بؤیوک شخصیتلریندن بیری حاجی میرزا حسن رشديه دیر. او یوز ایله یاخین عؤمرونده اؤز خالقی‌نین و ‏بوتون ایرانین ماعاریف و آزادلیغی اوغروندا چالیشمیشدیر (۱۸۵۰- ۹۴۴). رشديه اهل علم بیر عايله‌ده دونیایا گؤز آچیب، بؤیویوب و ‏آتاسی آخوند موللا مهدی یانیندا درس اوخودوقدان سونرا یوکسک تحصیل اوچون «بئیروت»آ گئتمیشدیر. ‏
میرزا حسن رشديه بئیروت‌دا تحصیل اثناسیندا تورک آیدینلار ایله تانيش اولوب سونرا ایستانبولا گئتمیشدیر. ایستانبولدا تورکجه تدریسات ‏و الیفبا اوزرینده تدقیقات ائتدیکدن سونرا، ایروانا اؤگئی قارداشی‌نین یانینا گئتمیش. رشديه ایستانبولد‌ا مکتبلری و تورکجه تدریس ‏سیستئمینی موطالیعه ائدرکن مکتبی اعدادی رشديه و اونون موعليملری ایله یاخیندان تانیش اولوب و اونلارلا تبادول افکار ائتمیشدیر. ‏آذربایجاندا مکتب یادا دوشنده درحال رشديه خاطره گلیر و آنادیلی تعلیمینده ایلک کیتاب یازان اودور. اونون «وطن دیلی»آدیندا یازدیغی ‏کیتابی یئنی تدریس اوصولو ایله یازیلان ایلک کیتابدیر. ‏
او خالقین اؤز آنادیلینده اوخویوب- یازماغی بیر اساس کیمی قبول ائدیب و بو فیکیریندن تامام عؤمورنده دیفاع ائتمیشدیر. البته مرحوم ‏رشديه آپاردیغی موباریزه‌ده بیر چوخ موشگولات و مانعلرله قارشیلاشمیش و حتی ناروا تؤهمتلره معروض قالمیشدیر. اونون وطن دیلی ‏آدلی کیتابی پهلوی رئژیمی‌نین ایستعمار- فرهنگی و فاشیستیک سیاستی نتیجه‌سینده ممنوع اولدو و خاطیرلردن سیلیندی. ‏
‏۱۳۲۴-۲۵ ده آذربایجان دموکرات فیرقه‌سی ایش باشینا گلندن سونرا بو کیتاب تکرار چاپ اولدو و آذربایجانین هر یئرینده و حتی خمسه ‏ماحالیندا مدره‌سه‌لرده اوخوندو. بو کیتاب خالقین یاشاییشیندان آلینمیش تدریس کیتابی‌دیر و رشديه‌نین مئتودو ایله عرب الیفباسیله ۶۰ ‏ساعاتدا ساوادلی اولماق یعنی اوخویوب- یازماق مومکون اولوب. بو مئتود سایه‌سینده بیر چوخ آدادم ساوادلی اولموشلار. ‏
رشديه‌نین اوغلو و عین حالدا دگرلی عالیم و یازيچیلاردان اولان شمس‌الدین رشديه‌نین دئدیگینه گؤره باباسی، امیر علیخان امین‌الدؤوله‌نین ‏دعوتی ایله تئهراندا ۱۳۱۵ قمری‌ده کربلایی عباسعلی باغیندا تازا اصوللا بیر مکتب آچمیش و امین‌الدؤوله بو ایقدامدان سونرا صدراعظم ‏اولموشدور. ‏
رشديه ۱۸۸۲ ده ایروان‌دا آذربایجانلی تورکلر اوچون تورک دیلینده بؤیوک بیر مکتب قورموشدور. تبریزده قوردوغو مکتب ۹ دفعه ‏حؤکومت طرفیندن باغلانمیشسا دا رشديه‌نین یورولماز و سارسیلماز ایراده‌سیله تازادان آچیلمیشدی. دئمک اولور کی، میرزا حسن رشديه ‏بوتون حیاتینی تعلیم و تربیت یولوندا، مخصوصن آنادیلینی اؤز خالقینا اؤرگتمکله کئچیرمیش و بو یولدا هئچ بیر سیخینتی، تهدید و ‏موشگولاتدان چکینمه‌میشدیر. ‏
وطن دیلی کیتابی ایکی بؤلومدن عیبارتدیر. بیری الیفبا تعلیمی و بیری ده ميثاللاردیر. الیفبا تعلیمی باشلیجا ائل ادبیاتی اساسیندا ‏قورولموشدور. مؤليف آیری- آیری معنا و مفهوملاری اوشاقلارا تفهیم ائتمک اوچون موختلیف ميثاللار، و آتالار سؤزوندن کؤمک ‏آلمیشدیر. آتالار سؤزو ایله وئریلمیش موختلیف میثاللار موختلیف معنا و مفهوملاری اوشاقلارا اؤرگه‌دیر. بونلار اوشاقلاردا ‏خئییرخاهلیغا مئیل و شرارت و یالانچیلیق، ریاکارلیغا نیسبت اکراه حیسلرینی تلقین ائدیر. مثلاً: ‏
اؤزگه‌یه قویو قازان اؤزو دوشر. ‏
خاین هئچ زامان آرتماز. ‏
درس اوخویان درسدن دویماز. ‏
بو گونون ایشینی صاباحا قویما. ‏
و سایره... ‏

وطن دیلی کیتابی‌نین ان گؤزل طرفی اونون صاف و سلیس تورک دیلینده یازیلماسی‌دیر. بو کیتابدا سؤزلر تورکجه‌دیر، جومله‌لر قیسا و ‏ساده، ایفاده‌لر آیدین‌دیر. میثاللار ساده و ییغجام‌دیر. ‏
رشديه خالقی‌نین سعادت و آزادلیغینی تامین ائتمک اوچون «جمعیت تنویر افکار»ى تاسیس ائتدی. ۱۹۰۴ ایلینده بو جمعیتین بؤیوک ‏اؤلچوده فعالیتی اولموشدور. رشديه‌نین حیاتینی و خیدمتلرینی تانیماق اوچون بئله بیر قیسا مقاله دئییل بلکه بؤیوک بیر کیتاب یازماغا ‏احتیاج واردیر.‏

H. Məcidzadə (Savalan)‎
Hacı Mirza Həsən Rüşdiyyə


Azərbaycanın hörmətə layıq böyül şəxsiyyətlərindən biri Hacı Mirza Həsən Rüşdiyyə dir. O yüz ilə yaxın ‎ömründə öz xalqının və bütün iranın maarif və azadlığı uğrunda çalışmışdır (1850- 944). Rüşdiyyə əhli elm bir ‎ailədə dünyaya göz açıb, böyüyüb və atası Axund Molla Mehdi yanında dərs oxuduqdan sonra yüksək tyəhsil ‎üçün “Beyrut”a getmişdir.‎

Mirza Həsən Rüşdiyyə Beyrutda təhsil əsnasında türk aydınlar ilə tanış olub sonra İstanbula getmişdir. ‎İstanbulda türkcə tədrisat və əlifba üzərində tədqiqat etdikdən sonra, İrəvana ögey qardaşının yanına getmiş. ‎Rüşdiyyə İstanbulda məktəbləri və türkcə tədris sistemini mütaliə edərkən Məktəbi Əədadi Rüşdiyyə və onun ‎müəllimləri ilə yaxından tanış olub və onlarla təbadül- əfkar etmişdir. Azərbaycanda məktəb yada düşəndə ‎dərhal Rüşdiyyə xatirə gəlir və anadili təlimində ilk kitab yazan odur. Onun “Vətən Dili”adında yazdığı kitabı ‎yeni tədris üsulu ilə yazılan ilk kitabdır.‎

O xalqın öz Anadilində oxuyub- yazmağı bir əsas kimi qəbul edib və bu fikirindən tamam ömürndə difa ‎etmişdir. Əlbəttə mərhum Rüşdiyyə apardığı mübarizədə bir çox müşgülat və manelərlə qarşılaşmış və hətta ‎narəva töhmətlərə məruz qalmışdır. Onun Vətən Dili adlı kitabı Pəhləvi rejiminin istemari- fərhəngi və faşistik ‎siyasəti nəticəsində məmnu oldu və xatırlardan silindi.‎

‎1324-25 də Azərbaycan Demokrat Firqəsi iş başına gələndən sonra bu kitab təkrar çap oldu və Azərbaycanın ‎hər yerində və hətta Xəmsə mahalında mədrəsələrdə oxundu. Bu kitab xalqın yaşayışından alınmış tədris ‎kitabıdır və Rüşdiyyənin metodu ilə ərəb əlifbasilə 60 saatda savadlı olmaq yəni oxuyub- yazmaq mümkün ‎olub. Bu metod sayəsində bir çox adadm savadlı olmuşlar.‎

Rüşdiyyənin oğlu və eyni halda dəyərli alim və yazıçılardan olan Şəmsəddin Rüşdiyyənin dediyinə görə ‎babası, Əmir Əlixan Əminiddövlənin dəvəti ilə Tehranda 1315 qəməridə Kərbəlayı Abbasəli bağında taza ‎üsulla bir məktəb açmış və Əminiddövlə bu iqdamdan sonra Sədrəəzəm olmuşdur.‎

Rüşdiyyə 1882 də İrəvanda Azərbaycanlı türklər üçün türk dilində böyük bir məktəb qurmuşdur. Təbrizdə ‎qurduğu məktəb 9 dəfə hökumət tərəfindən bağlanmışsa da Rüşdiyyənin yorulmaz və sarsılmaz iradəsilə ‎tazadan açılmışdı. Demək olur ki, Mirza Həsən Rüşdiyyə bütün həyatını təlim və tərbiyət yolunda, məxsusən ‎Anadilini öz xalqına örgətməklə keçirmiş və bu yolda heç bir sıxıntı, təhdid və müşgülatdan çəkinməmişdir.‎

Vətən Dili kitabı iki bölümdən ibarətdir. Biri əlifba təlimi və biri də misallardır. Əlifba təlimi başlıca el ‎ədəbiyyatı əsasında qurulmuşdur. Müəllif ayrı- ayrı məna və məfhumları uşaqlara təfhim etmək üçün müxtəlif ‎misallar, və Atalar Sözündən kömək almışdır. Atalar Sözü ilə verilmiş müxtəlif misallar müxtəlif məani və ‎məfhumları uşaqlara örgədir. Bunlar uşaqlarda xeyirxahlığa meyl və şərarət və yalançılıq, riyakarlığa nisbət ‎ikrah hislərini təlqin edir. məsələn:‎

Özgəyə quyu qazan özü düşər.‎
Xain heç zaman artmaz.‎
Dərs oxuyan dərsdən doymaz.‎
Bu günün işini sabaha qoyma.‎
Və sairə...‎

Vətən Dili kitabının ən gözəl tərəfi onun saf və səlis türk dilində yazılmasıdır. Bu kitabda sözlər türkcədir, ‎cümlələr qisa və sadə, ifadələr aydındır. Misallar sadə və yığcamdır.‎

Rüşdiyyə xalqının səadət və azadlığını təmin etmək üçün “Cəmiyyəti Tənviri Əfkar”ı təsis etdi. 1904 ilində bu ‎Cəmiyyətin böyük ölçüdə fəaliyyəti olmuşdur. Rüşdiyyənin həyatını və xidmətlərini tanımaq üçün belə bir ‎qısa məqalə deyil bəlkə böyük bir kitab yazmağa ehtiyac vardır.‎

No comments:

Post a Comment